SpaceX şirkətinin qlobal miqyasda internet xidməti göstərməsi üçün Elon Musk-ın orbitə yerləşdirdiyi minlərlə Starlink peykinin Yer kürəsinin ozon təbəqəsini öldürə biləcəyi məlum olub.
Starlink peykləri hazırda Yer orbitindəki 10 min peykin
60%-i təşkil edir. Bu peyklərin istismar müddəti bitdikdən sonra onların atmosferə daxil olaraq havada yanması gözlənilir. Lakin tədqiqatçıların fikrincə, peyklər, atmosferdə yanmaqdan daha çox probləmlərə səbəb olacaq. Məlumata görə, yenidən daxil olma zamanı peyklər, yanacaq və əsas yan məhsul kimi
alüminium oksidi hasil edəcək. Bunlar stratosferdə ozonu məhv edən xlorun aktivləşdirilməsi üçün məlum katalizatorlar arasındadır. Ozon təbəqəsi, Yerin temperaturunu nəzarətdə saxlamağa kömək edir və bu təbəqə, zəiflədiyi zaman daha çox Günəş radiasiyası yer üzünə keçə bilər.

Əlbəttə ki, tədqiqatçılar birbaşa Starlink peyklərini hədəf almırlar, lakin qeyd olunan peyklərin ən böyüyü Starlink-dir. Tədqiqatçıların fikrincə,
2016-2022-ci illər arasında atmosferdəki oksidlərin sayı
8 dəfə artıb və bu rəqəm, alçaq Yer orbitindəki peyklərin sayı ilə düz mütənasib görünür. Tədqiqatçıların araşdırmasına görə, tipik
250 kq-lıq peykin parçalanması təxminən
30 kq alüminium oksid nanohissəcikləri yarada bilər ki, bu da onilliklər ərzində atmosferdə qala bilər. 2022-ci ildə atmosferə yenidən daxil olan bütün peyklər tərəfindən istehsal olunan alüminium oksid birləşmələrinin təxminən
17 metrik ton olduğu təxmin edilir. Həmçinin bunun atmosferdəki alüminium miqdarının təbii səviyyədən
29.5% artmasına səbəb olduğu da vurğulanır. Bildirilir ki, peyklərin sayının köklü artması ilə yaxın illərdə bu rəqəm
360 metrik tona çata bilər.