techspace

15:52

Film tövsiyyəsi: 2022-nin ən gözlənilən 5 filmi

Bütün dünyanın çoxdandır gözlədiyi, möhtəşəm heyətə sahib olan filmlərdən bəzilərinin 2022-ci ildə nümayiş olunacağını eşitdik. Və 2022-ci ildə gəlməsini səbirsizliklə gözlədiyimiz 5 film tövsiyyəsi haqqında məqaləmizi sizə təqdim edirik. Xoş oxumalar!

2022-də yayımlanacaq 5 film tövsiyyəsi

Lost City

Film tövsiyyəsi məqaləmizin ilk filmi yazıçı Loretta Sage-nin romanında təsvir etdiyi xəyali şəhərin əslində mövcud olduğunu öyrənməsi və bu şəhərlə maraqlanması ilə başlayır. Bu şəhəri tapmaq üçün təhlükəli səfərə çıxan Sage-nin hekayəsi filmin mövzusudur. Filmin rejissoru AaronAdam Nee qardaşları, prodüseri Sandra Bullock, Liza ChasinSeth Gordon-dur. Rollarda Sandra Bullock, Channing Tatum, Daniel Radcliffe, Da’Vine Joy Randolph və Brad Pitt var. Bundan əvvəl filmin martın 25-də nümayiş olunacağı bildirilmişdi. Lakin son açıqlamaya görə, filmin aprelin 15-də ekranlara çıxacağı açıqlanıb.
Lost City 2022 film tövsiyyəsi

Fantastic Beasts: The Secrets of Dumbledore

Ssenarisini J.K. RowlingSteve Kloves-in birlikdə yazdığı, rejissoru David Yates olan, bütün “Fantastic Beasts”, “Harry Potter” sevənlərin və dünyanın böyük maraq, həyəcanla gözlədiyi film aprelin 15-də ekranlara çıxacaq. 2018-ci ildə çəkilmiş “Fantastic Beasts: The Crimes of Grindelwald” filminin davamı olan film ABŞ və Böyük Britaniyanın birgə istehsalıdır. Bu, Wizarding Word-un on birinci filmi və Fantastic Beasts-in üçüncü filmidir. Filmdə baş rollarda Eddie Redmayne, Katherine Waterston, Dan Fogler, Jude Law ve Mads Mikkelsen çəkilib. Çox sevilən bir seriya olduğu üçün Film Tövsiyyəsi məqaləmizin 2-ci filmi olaraq seçdik.
Fantastic Beats Secrets of Dumbledore

Doctor Strange in The Multiverse of Madness Stranger

Marvel istehsalı olan “Doctor Strange: Multiverse Madness” filmi 2016-cı ildə çəkilmiş “Doctor Strange” filminin davamıdır. Film Marvel Studios tərəfindən ərsəyə gətirilib və yayımı Walt Disney tərəfindən həyata keçiriləcək. Marvel dünyasının 28-ci filmi “Doctor Strange”-ə Benedict Cumberbatch həyat verir. Onu Elizabeth Olsen, Rachel McAdam, Benedict Wong və Chiwetel Ejiofor müşayiət edir. Film mayın 6-da təqdim olunacaq. Film tövsiyyəsi məqaləmizin 3.filmi olaraq səbirsizliklə gözləyirik.
Doctor Strange 2 Multiverse of Madness film tövsiyyəsi

Black Panther: Wakanda Forever

2018-ci ilin “Black Panther” filminin davamı noyabrın 11-də nümayiş olunacaq. Filmin baş rol ifaçısı Chadwick Bosemon xərçəngdən vəfat etdiyi üçün film üçün əvvəlcədən planlaşdırılan planlar dəyişdirildi. Rollarda Lupita Nyong’o, Danai Gurira, Martin Freeman, Letitia Wright, Winston Duke və Angela Bassett var.
Black Panther Wakanda Forever 2022

Avatar 2

Və nəhayət “Avatar 2”! Bir çoxumuzun ən az bir dəfə izlədiyi, gənclik və ya uşaqlıq illərimizin məşhur filmi Avatar 2-ci filmini bu il nümayiş etdirəcək! 2009-cu ildə bütün dünyanı fəth edən “Avatar” filminin davamı olan Avatar 2 filmində həm ssenarist, həm də rejissor kürsüsündə James Cameron var. Filmdə Cameronun yaratdığı kainatın naməlum tərəfləri, öyrənilməmiş sərhədlər və bir çox sürprizlər əks olunub. Dekabrın 16-da ekranlara çıxacaq filmdə baş rolları birinci filmdən tanıdığımız Sam Worthington, Zoe Saldana və Sigourney Weawer ifa edirlər. İlk filmi böyük uğur qazandığı üçün Avatar 2 bizim film tövsiyyəsi məqaləmizin son filmi olaraq seçilib.
Avatar 2 James Cameron

2022-ci il filmləri bununla bitmir! Möhtəşəm film və animasiyalar qarşıda bizi gözləyir. Tezliklə məqaləmizin ikinci hissəsini də saytımıza yerləşdirəcəyik ki, bu ilin iz buraxacaq işlərindən ilk siz xəbərdar olasınız!