21:32
Fortnite-da AI personajlar dövrü başlayır

Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Fortnite oyununun yaradıcısı Epic Games oyun daxilində süni intellekt əsaslı personajların yaradılmasına imkan verən yeni “conversations” adlı aləti təqdim edib. Bu yenilik sayəsində oyun yaradıcıları artıq klassik dialoq seçimləri yazmaq əvəzinə, oyunçularla real vaxtda ünsiyyət qura bilən AI personajlar hazırlaya biləcəklər.
Şirkətin açıqlamasına görə, bu sistem NPC-ləri daha “canlı” edir. Yaradıcılar sadəcə qısa təsvirlərlə personajın kim olduğunu, necə düşündüyünü və necə davranacağını müəyyənləşdirir, sistem isə avtomatik olaraq bu personaj üçün uyğun dialoqları generasiya edir. Belə personajlar məsələn, tapşırıq verən və ya hekayəni izah edən narrator kimi istifadə oluna bilər. Yeni alət texniki olaraq Google-ın Gemini 3.1 Flash-Lite modeli ilə işləyir və səsli cavabların yaradılması üçün ElevenLabs texnologiyasından istifadə edir. Bununla belə, Epic Games bu imkanın sui-istifadəsinin qarşısını almaq üçün ciddi qaydalar da tətbiq edib. Yeni qaydalara əsasən:
- AI personajlar tibbi və ya psixoloji məsləhət verə bilməz
- Onlar romantik partnyor, sevgili və ya intim münasibət rolu oynaya bilməz
- Təhlükəsizlik sistemlərini aşmağa yönəlmiş dizayn qadağandır