16:48
Fubo aylıq abunə qiymətlərini endirdiyini elan edib

Technote.az “Ars Technica” platformasına istinadən bildirir ki, idman yönümlü canlı TV yayım platforması olan Fubo striminq bazarında nadir hallarda rast gəlinən bir qərar verərək bəzi abunə paketlərinin aylıq qiymətlərini aşağı saldığını açıqlayıb. Şirkətin bildirdiyinə görə, yeni qiymətlər 1 yanvar 2026-cı ildən sonrakı ödəniş dövrlərindən etibarən qüvvəyə minəcək.
Disney-in oktyabr ayında Fubo-nu satın almasından sonra verilən bu qərar “Live TV” paketlərinə aiddir. Həmin paketlərdə idman kanalları ilə yanaşı FX və Disney Channel kimi qeyri-idman kanalları da yer alır. Qiymət endirimi bəzi paketlərdə 14,8 faizə qədər çatır. Yenilənmiş qiymətlər belədir:
- Essential: ayda 74 dollar (əvvəllər 85 dollar)
- Pro: ayda 75 dollar (əvvəllər 85 dollar)
- Elite: ayda 84 dollar (əvvəllər 95 dollar)