15:57
GeForce Now Fire TV platformasına gəldi

Technote.az “Engadget” platformasına istinadən bildirir ki, NVIDIA-nın bulud oyun xidməti olan GeForce Now artıq Amazon-un Fire TV Stick cihazları üçün rəsmi tətbiq olaraq istifadəyə verilib. Bununla da istifadəçilər artıq əlavə Android APK faylı yükləmədən və “sideload” üsuluna ehtiyac duymadan birbaşa tətbiqi quraşdıra biləcəklər.
Yeni tətbiq aşağıdakı modellərlə uyğun işləyir:
- 2-ci nəsil Fire TV Stick 4K Plus (Fire OS 8.1.6.0 və daha yeni)
- 2-ci nəsil Fire TV Stick 4K Max (Fire OS 8.1.6.0 və daha yeni)
- 1-ci nəsil Fire TV Stick 4K Max (Fire OS 7.7.1.1 və daha yeni)
- 1080p təsvir ölçüsü
- 60 fps kadr sürəti
- SDR görüntü
- H.264 video kodlaşdırma
- Stereo səs