11:52
Google Chrome artıq “AI işçi”yə çevrilir

Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Google iş mühitində istifadə olunan brauzeri daha “ağıllı əməkdaşa” çevirmək üçün Google Chrome üzərinə yeni süni intellekt funksiyaları əlavə edir. Şirkət bu yeniliyi Google Cloud Next tədbiri çərçivəsində təqdim edib. Yeni təqdim olunan “auto browse” funksiyası ilə Chrome istifadəçiləri Gemini vasitəsilə açıq tab-lardakı məlumatları anlayaraq müxtəlif tapşırıqları avtomatik yerinə yetirə biləcək. Bu tapşırıqlara səyahət rezervasiyası, məlumatların sistemlərə daxil edilməsi, görüşlərin planlaşdırılması və digər gündəlik iş prosesləri daxildir.
Google bildirir ki, bu texnologiya məsələn:
- Google Docs sənədindəki məlumatları şirkətin CRM sisteminə ötürə,
- müxtəlif tab-larda qiymət müqayisəsi edə,
- işə qəbuldan əvvəl namizəd haqqında qısa xülasə hazırlaya,
- rəqib məhsulların səhifələrindən vacib məlumatları çıxara bilər.
- icazəsiz AI alətlərini aşkarlaya,
- şübhəli brauzer əlavələrini müəyyən edə,
- “Shadow IT risk detection” vasitəsilə təşkilat daxilində istifadə olunan bütün AI və SaaS xidmətlərinə nəzarət imkanı yaradır.