17:04
Google Gemini-də Lyria 3 istifadəyə verildi

Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Google yeni süni intellekt əsaslı musiqi generatoru olan Lyria 3 modelini təqdim edib. Şirkət çərşənbə günü elan edib ki, bu model artıq Gemini masaüstü tətbiqində istifadəyə verilib və yaxın günlərdə mobil versiyaya da əlavə olunacaq.
Lyria 3 əvvəlki versiyalarla müqayisədə daha təkmil imkanlar təqdim edir. Model istifadəçilərə yüksək keyfiyyətli, 30 saniyəlik audio treklər yaratmağa imkan verir. Bu treklər qısa jingl-lərdən lo-fi beat-lərə, eləcə də daha mürəkkəb aranjimanlı mahnılara qədər müxtəlif janrları əhatə edə bilir. Lyria 3-dən istifadə etmək üçün Gemini tətbiqində “Tools” bölməsinə daxil olmaq və “Music” seçimini aktivləşdirmək kifayətdir. Alət hazırda 18 yaşdan yuxarı bütün istifadəçilər üçün pulsuzdur. Model aşağıdakı dilləri dəstəkləyir:
- İngilis
- Alman
- İspan
- Fransız
- Hindi
- Yapon
- Koreya
- Portuqal