21:51

Google mətnlə tətbiq yaratmaq və kompütersiz quraşdırmaq imkanı təqdim etdi

    “Google” süni intellektlə hazırlanmış şəxsi “Android” tətbiqlərini birbaşa “Google Play” üzərindən açmağı asanlaşdırıb. “Vibe coding” adlanan üsulda istifadəçi istədiyi tətbiqi mətnlə təsvir edir, süni intellekt də onun kodunu yazır. ABŞ və seçilmiş bazarlarda yayılan yenilikdən 18 yaşdan yuxarı şəxslər yararlana bilər. Bunun üçün ödənişli tərtibatçı hesabı tələb olunmur. Tətbiqi adi “Google” hesabı ilə açmaq olur və telefonu kompüterə qoşmağa ehtiyac qalmayacaq.Google mətnlə tətbiq yaratmaq və kompütersiz quraşdırmaq imkanı təqdim etdi    İstifadəçi “Google AI Studio” daxilində “Gemini”yə nə istədiyini yazaraq tətbiq yarada bilər. Sonra əlavə sorğularla nəticəni dəyişmək və ya kodu özü redaktə etmək olur. Şəxsi “Android” tətbiqlərinin yaradılması funksiyası may ayında açılmışdı. Hazır tətbiq əvvəlcə yalnız sahibinin cihazlarında görünəcək. “Şəxsi kitabxananız” bölməsindən onu telefon, planşet və uyğun kompüterlərə quraşdırmaq, silindikdən sonra yenidən bərpa etmək olacaq.    Yaxın vaxtlarda şəxsi tətbiqləri seçilmiş istifadəçilərlə, o cümlədən dostlar və ailə üzvləri ilə paylaşmaq da olacaq. Belə tətbiqlər mağazanın açıq kataloquna daxil edilməyəcək. Kiçik qrupla paylaşılan tətbiqlər təhlükəsizlik yoxlamasından keçəcək. Tətbiqini hamı üçün yayımlamaq istəyənlər sonradan peşəkar tərtibatçı hesabına keçə biləcəklər. Həmin tətbiqlər mağazanın adi etibar, təhlükəsizlik və keyfiyyət yoxlamalarından keçəcək.Google mətnlə tətbiq yaratmaq və kompütersiz quraşdırmaq imkanı təqdim etdi    “Google Play”də tətbiq axtarışı da yenilənir. “Gemini” söhbət zamanı uyğun mağaza səhifələrinin birbaşa keçidlərini göstərəcək. “Ask Play” funksiyası tətbiqlərin əsas fərqlərini və istifadəçi rəylərinin ümumi mənzərəsini müqayisə edəcək. Canlı hesabları və uyğun yayım tətbiqlərini göstərən idman səhifələrində Premyer Liqa, Çempionlar Liqası və La Liqa olacaq. Siyahıya Liga MX və Major League Soccer turnirləri də daxildir. Mağazanın görünüşü “Google built-in” sistemli avtomobillərin və “Android XR” cihazlarının ekranına uyğunlaşdırılacaq.Google mətnlə tətbiq yaratmaq və kompütersiz quraşdırmaq imkanı təqdim etdi    Yeni “Game Finder” funksiyası istifadəçinin oyun tərzini və seçimlərini öyrənən “Gamer DNA” profilinə əsasən tövsiyələr verəcək. İstifadəçi sevdiyi oyunları, janrları və oyun mexanikalarını seçərək profilini dəqiqləşdirə biləcək. Sistem oxşar oyunçuların maraqlarını və izlənilən şəxslərin oynadığı oyunları da göstərəcək. Burada rəylərin qısa xülasəsi və populyarlaşan oyunlar da görünəcək. Funksiya əvvəlcə ABŞ bazarında açılacaq. “Game Playlists” ilə oyun kolleksiyaları yaradıb paylaşmaq olacaq.    Oyunlar üçün sosial və yarış funksiyaları da genişlənir. “Sprints” oxşar bacarıq səviyyəsində olan oyunçuları 48 saatlıq tapşırıqlarda 2-5 nəfərlik qruplarda yarışdıracaq. “Sidekick” paneli oyundan 30 saniyəlik görüntü yazacaq. “Quests” funksiyası “Play Points”lə yanaşı, oyun daxilində mükafatlar da verəcək. “Community Posts” mağaza səhifələrinə oyunçuların sual verib cavab yaza biləcəyi bölmə əlavə edəcək.