Google bir kliklə Photos proqramında videoların keyfiyyətini yaxşılaşdırmağa imkan verəcək alət təqdim etməyi planlaşdırır. Hazırlanma mərhələsində olan xüsusiyyətin nə vaxt istifadəyə veriləcəyi hələlik bəlli deyil.
Milyonlarla insanın istifadə etdiyi
Google Photos tətbiqi fotoşəkillərin ehtiyat nüsxəsini çıxarmaqdan tutmuş redaktə etməyə kimi bir çox faydalı xüsusiyyətlərə malikdir. Həm
iOS, həm də
Android-də mövcud olan bu redaktə alətləri fotoların
parlaqlığını, rənglərini və daha çoxunu tənzimləməyə və şəkillərin keyfiyyətini bir kliklə yaxşılaşdırmağa imkan verir. İndi alınan məlumatlara görə isə,
Google-un tətbiqdəki
videolar üçün də bənzər bir xüsusiyyəti gətirəcəyini görürük. Android proqramında diqqət çəkən və hazırda inkişaf mərhələsində olan bu xüsusiyyət isə
AssesmbleDebug tərəfindən paylaşılıb.

“
Videonuzu təkmilləşdirin” adlanan bu xüsusiyyət bir kliklə
Google Photos tətbiqində
videolarınızın keyfiyyətini yaxşılaşdırmağa imkan verəcək. Paylaşılan ekran görüntüsündə bu xüsusiyyətin, tətbiqin redaktə bölməsində yer alan "
stabilləşdirmə" düyməsinin düz yanında yerləşdiriləcəyini görə bilərik. Yeni alət videoların bir çox elementlərini təkmilləşdirməklə keyfiyyətini artıra biləcək. Bunlara
parlaqlıq, rənglər və kontrast kimi video redaktə alətləri daxildir. Bunun biraz
Pixel 8 Pro smartfonlarında yer alan "
Video Boost" xüsusiyyətinə də bənzədiyini deyə bilərik. Lakin bu dəfə video keyfiyyətini artırma xüsusiyyəti buludda deyil,
tamamilə cihazda işləyəcək. Bu o deməkdir ki, keyfiyyətin yaxşılaşdırılması aşağı və ya orta səviyyəli Android smartfonları olan istifadəçilər üçün müəyyən vaxt tələb edə biləcək xüsusiyyət ola bilər.