14:51
Google tələbə jurnalistin şəxsi məlumatlarını ICE-ə verdi

Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Google şirkəti bir tələbə və jurnalistə aid geniş həcmli şəxsi məlumatları ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinə (ICE) təqdim edib. Məlumata görə, bu addım məhkəmə tərəfindən təsdiqlənməmiş inzibati çağırış (administrative subpoena) əsasında atılıb.
Söhbət Böyük Britaniya vətəndaşı, 2024-cü ildə Nyu-Yorkdakı Cornell University universitetində təhsil alan tələbə jurnalist Amandla Thomas-Johnson-dan gedir. Google ICE-ə aşağıdakı məlumatları ötürüb:
- Google hesabının istifadəçi adları
- Fiziki ünvan
- Hesabla əlaqəli xidmətlərin siyahısı
- IP ünvanları
- Telefon və abunəçi nömrələri
- Kredit kartı və bank hesabı məlumatları
- Elektron məktubların məzmununu və ya axtarış tarixçəsini tələb edə bilməz,
- Lakin istifadəçi identifikasiyası üçün metadataya və şəxsi məlumatlara çıxış istəyə bilər.