techspace

01:46

Google-un virtual köməkçisi offline-a köçəcək

Android smartfon istifadəçilərinin bəziləri artıq həyatlarını telefonun daxili səsli köməkçi sistemi "OK Google”-suz təsəvvür etmirlər. Lakin telefon internetlə əlaqəsini kəsən kimi telefon bu maraqlı funksiyasından məhrum olur. Google növbəti yenilənmələrdə bu problemi aradan qaldırmaq üzərində düşünür. Bızi mənbələrə görə Anroid platforması üçün olan Google app-ın növbəti yenilənməsində "OK Google”-dan offlineda istifadə etmək olacaq. Lakin servis bir başa internetlə bağlı olan sorğuları yerinə yetirə bilməyəcəyini anlamaq lazımdır. O "zəng”,”mesaj”,”musiqi” və "Wifi aktiv/deaktiv etmək” kimi sorğuları cavablaya biləcək. Ola bilsinki offline sorğuların bazası daha böyük olsun lakin bunu biz rəsmi təqdimatdan sonra bilə bilərik. Sonda isə bildirəkki adı gedən yenilik ancaq Android platforması üçün nəzərdə tutulub