14:54
Google YouTube Music Premium istifadəçilərinə səhvən reklam göstərdi

Technote.az “Mashable” platformasına istinadən bildirir ki, YouTube Premium abunəçiləri bu həftə gözlənilməz problemlə qarşılaşıblar. Ayda 13.99 dollar ödəyərək reklamsız musiqi dinləmək imkanı əldə edən istifadəçilər, xüsusilə YouTube Music xidmətində pleylist ortasında reklamların göstərildiyini bildiriblər.
Problemin əsasən Google Home və Nest cihazlarında ortaya çıxdığı qeyd olunur. İstifadəçilər cihazları sıfırlasalar belə reklamların davam etdiyini yazıblar ki, bu da problemin cihaz səviyyəsində deyil, hesab (account) səviyyəsində olduğunu göstərib. Fevralın 20-də Google Home subreddit-ində bir çox Premium istifadəçi eyni şikayətləri paylaşıb. Onların sözlərinə görə, reklamlarla yanaşı digər texniki problemlər də yaşanıb:
- Mahnı başlamazdan əvvəl uzun gecikmələr
- Səs səviyyəsinin aşağı olması
- Casting problemləri
- YouTube Music alqoritminin düzgün işləməməsi