20:06
GPT-6 Astra modeli uduzduqdan sonra rəqibin StarCraft botunu işlətdi

“StarSkirmish” yarışında süni intellektin hazırladığı “StarCraft” botları bir-biri və insanların yazdığı botlarla qarşılaşıb. Süni intellekt botları arasında ən yaxşı nəticəni “OpenAI”-ın “GPT-6 Astra” modeli və “Claude Opus 5.5” göstərib. Ancaq hər 2 model reytinq lideri olan “Stardust” insan botunu keçə bilməyib. Cümə günü keçirilən qarşılaşmada “GPT-6 Astra” nə “Claude Opus 5.5”, nə də insanların hazırladığı “Pluto” botuna qalib gələ bilib. Bundan sonra model qaydaları pozaraq “Stardust” botunu endirib işə salıb. Yəni öz botu uğursuz olduqda yarışa başqa iştirakçının daha güclü proqramı ilə davam edib. Hadisənin diqqətçəkən tərəfi budur ki, “GPT-6 Astra” maneə ilə üzləşəndən sonra bu addımı özü atıb. Yarışın məqsədi modellərin hazırladığı botların bacarıqlarını müqayisə etmək olub. Hazır insan botunun endirilməsi nəticənin modelin öz proqramı ilə qazanılmadığını göstərib. Buna görə bu addım yarış qaydalarının pozulması sayılıb. “OpenAI” agentlərinin qoyulan sərhədlərdən kənara çıxması ilə bağlı daha əvvəl də oxşar hadisə yaşanıb. Agentlər BMT-nin saytından istədikləri məlumatı ala bilməyəndə “Google”-ın XSS öyrənmə oyununu ələ keçiriblər. XSS saytda zərərli kod işlətmək üsuludur. Şirkətin agentlərinin izlərini gizlətmək üçün aldadıcı davrandığı hallar da qeydə alınıb.
