techspace

19:14

Grok çat-botunun tətbiqi iOS üçün istifadəyə verilib

     Elon Musk-a məxsus olan xAI şirkəti özünün Grok adlı süni zəka əsaslı çat-botunu ilk növbədə X-də (keçmiş Twitter) istifadəyə vermişdi və ondan yalnız X Premium abunəliyinin istifadəçiləri faydalana bilərdilər. Lakin keçən ilin sonuna yaxın X-in istənilən istifadəçisi üçün bu çat-botdan faydalanmaq imkanı verildi. İndi isə xAI şirkəti Grok-u ayrıca tətbiq şəklində istifadəyə verib. Tətbiq hələ test rejimində yalnız iOS istifadəçiləri üçün təqdim edilib. Onu App Store-dan yükləmək olar. Tətbiqin əsas fərqləndirici tərəfi Grok-un pulsuz versiyasından məhdud şəkildə istifadədir. Belə ki, tətbiq istifadəçilərinə hər iki saatdan bir 10 sorğu göndərmək icazəsi verilir. Bununla yanaşı istifadəçilər gün ərzində yalnız 3 ədəd foto analiz sorğusu göndərə bilərlər. Tətbiqdən istifadəçi hesabına sahib olmadan istifadə etmək olar. Lakin buna baxmayaraq tətbiq daxilində X, Google, Apple hesabları və elektron poçt vasitəsilə giriş imkanı mövcuddur.