Rockstar Games-in ana şirkəti Take-Two Interactive, maliyyə hesabatını dərc edib. Grand Theft Auto VI və ya qısaca GTA 6-nın "2025-ci ilin payız" ayında təqdim ediləcəyi açıqlanıb.
Rockstar-ın ana şirkəti
Take-Two Interactive, dördüncü rüb və 2024-cü maliyyə ili üçün maliyyə nəticələrini açıqlayıb. Yanvarın 1-dən martın 31-dək olan dövrdə şirkətin
2.9 milyard dollar itirdiyi məlum olub. Şirkət bu zərərin
2.18 milyard dollarının qudvil ödənişlərindən qaynaqlandığını bildirərək, eyni zamanda
Grand Theft Auto VI və ya qısaca GTA 6 üçün daha konkret buraxılış tarixi məlumatlarını da paylaşıb.

Bilindiyi kimi Rockstar Games tərəfindən yayımlanan ilk GTA 6 treylerində oyunun çıxış tarixi yalnız
2025-ci ilə işarə edilmiş və heç bir detala yer verilməmişdi. İndi isə GTA 6-nın “
2025-ci ilin payızında” çıxacağı açıqlanıb. Take-Two CEO-su
Strauss Zelnick də GTA 6-nın gecikə biləcəyi ilə bağlı şayiələrə "
Biz GTA 6-nı 2025-ci ilin payızında təhvil verəcəyimizə son dərəcə əminik." deyərək cavab verib. Digər tərəfdən, GTA 6 ilk dəfə keçən dekabr ayında rəsmi treyleri ilə elan edilmişdi. Yayımlanan treyler YouTube-da cəmi 24 saat ərzində
ən çox baxılan video oyun treyleri olmuşdu. Videodan da anlaşıldığı kimi, GTA 6
Florida şəhərində gerçəkləşəcək. Oyunda biz
Lucia və Jason (bu ad rəsmi olaraq təsdiqlənməyib) adlı iki personajı idarə edəcəyik. Son olaraq, GTA 6,
PS5 və Xbox Series X/S konsolları üçün buraxılacaq. Oyunun
PC versiyası isə təqdim olunduğu zaman mövcud olmayacaq, lakin gələcəkdə PC istifadəçiləri üçün də əlçatan olacaq. Məlum olduğu kimi,
GTA 5,
2013-cü ilin sentyabr ayında təqdim edilmişdi. Bu səbəbdən GTA 6 da bu tarixlərdə təqdim edilə bilər. Eyni zamanda, GTA 5-in PC versiyası isə
2015-ci ilin aprel ayında təqdim olunmuşdu. Yeri gəlmişkən, onu da qeyd edək ki, GTA 5-in ümumi satışları artıq
200 milyona çatıb.