Son zamanlar tez-tez gündəmə gələn GTA 6-nın çıxış tarxinin gecikdiriləcəyi ilə bağlı fikirlərə qarşı yeni iddialar irəli sürülüb.
Şübhə yoxdur ki, son illərin ən çox gözlənilən oyunu
GTA 6-dır və hətta oyunun treyleri belə ilk çıxdığı zaman gündəm olmuş və bir çox rekordlar qırmışdı. Sonradan oyunla bağlı ortaya tez-tez iddialar atılmağa başlandı. Bu iddiaların əhəmiyyətli bir hissəsinə görə, oyun açıqlanan təqvimdən geridə idi və yalnız 2026-cı ildə təqdim edilə bilərdi. Daha sonra,
Rockstar-ın işçilərini ofisə çağırmağa başlaması, oyunun inkişaf prosesində bəzi gecikmələrin ola biləcəyi haqqında iddiaları ortaya qoydu. GTA 6-nın gecikdiriləcəyi ilə bağlı iddialara cavab isə
Insider Gaming-in sahibi Mike Straw-dan gəldi.
X-də etdiyi bir paylaşım ilə gecikmə iddialarına cavab verən
Straw, "
Bunu bir daha deyirəm, çünki insanlar hələ də bu barədə müzakirələr aparırlar: Mən bir çox mənbə ilə əlaqə saxladım və mənə oyunun "vaxtında" ilərlədiyi və inkişafın bu nöqtəsində gecikmələrlə bağlı bütün iddiaların "sırf fərziyyə" olduğu bildirildi." deyə paylaşım edib.
Straw, həmçinin
Rockstar-ın oyunu
2025-ci ilin ilk rübündə təqdim edəcəyini heç vaxt "
tam təsdiqləmədiyini", lakin eşitdiyi heç bir şeyin oyunun 2026-cı ilə qədər təxirə salınması ilə əlaqəli olmadığını bildirib.
Rockstar və Take-Two təqdim edəcəkləri hər hansı bir şey olana qədər heç bir açıqlama verməməyi üstün tuturlar. Bu vəziyyət isə oyunla bağlı iddiaları daha da artırır.