techspace

20:09

Güclü Tensor prosessorlarının tətbiqinə Google Pixel 10 smartfonlarından start veriləcək

     Bir neçə həftə bundan öncə məlum oldu ki, Google şirkəti Pixel 9 smartfon seriyası üçün nəzərdə tutulmuş Tensor G4 prosessorunun TSMC şirkəti tərəfindən istehsalı ideyasından son anda imtina edib. Beləliklə gələn ilki Pixel 9 smartfonları üçün Tensor G4 prosessorunun istehsalı ilə yenidən Samsung şirkəti məşğul olacaq. İndi isə insayderlər xəbər veriblər ki, Google sözün əsl mənasında Tensor G4-ün TSMC tərəfindən istehsal edilməsini istəyirdi.     Lakin ortaya çıxmış bəzi problemlər səbəbilə prosessorun TSMC tərəfindən istehsalı 1 il təxirə salınıb. Burdan da belə qənaətə gəlmək olar ki, gələn il Pixel 9 smartfonlarında Tensor G3-ün sadəcə olaraq bir qədər təkmilləşdirilmiş versiyası istifadə ediləcək. Lakin artıq 2025-ci ildən Pixel smartfonları əsl Tensor prosessorlarını əldə etməyə başlayacaqlar. Buna Pixel 10 smartfon seriyasından start veriləcək. Gözləntilərə əsasən Pixel 10 smartfonlarında istifadə ediləcək Tensor prosessoru performans baxımından daha güclü olacaq.