Astronomlar Günəşə ən yaxın ulduz olan Barnard-ın ətrafında yeni ekzoplanet kəşf ediblər və bu, daha çox planetin ola biləcəyinə işarə edir.
Barnard ulduzu, Yer kürəsindən təxminən
6 işıq ili uzaqlıqda yerləşən qırmızı cırtdan ulduzudur.
Avropa Cənub Rəsədxanasının Böyük Teleskopu ilə aparılan 5 illik müşahidələr nəticəsində, bu ulduzun ətrafında "
Barnard b" adlandırılan bir planet tapılıb. Barnard b, əsas ulduzuna Merkuri planetinin Günəşə olan məsafəsindən təxminən
20 dəfə daha yaxın bir orbitdə fırlanır. Öz ulduzunun ətrafında cəmi 3 gündən bir qədər çox müddət ərzində dövr etdiyi üçün səthinin təxminən 125°C temperaturda olduğu müəyyən edilib.

Tədqiqatçılar, eyni zamanda Barnard ulduzunun ətrafında ən azı
3 potensial ekzoplanet namizədi də aşkar ediblər. Lakin bu namizədlərin həqiqətən planet olub-olmadığını öyrənmək üçün daha çox müşahidə aparmaq lazımdır.