techspace

11:34

Honor 90 seriyası təqdim olunub!

Honor şirkəti ötən gün keçirdiyi təqdimat tədbiri timsalında özünün yeni Honor 90 seriyası smartfonlarını təqdim edib. Honor 90 seriyası daxilində bizləri 2 fərqli cihaz qarşılayıb. Həmi cihazlar uyğun olaraq Honor 90Honor 90 Pro modelləridir ki, Çində təqdim olunmuş bu cihazların yaxın vaxtlarda qlobal bazarda da əlçatan olacağı gözlənilir.

honor 90

Cihazlar barədə danışmağa başlasaq dizayn barədə bizləri olduqca təəccübləndirmədiyini söyləmək mümkündür. Çünki, Honor 50 seriyasından bu yana brend öz üslubuna sadiqliyini qoruyur. Xırda dəyişikliklərlə birlikdə yeniləmələr özünü texniki cəhətdən göstərir. Seriyanın “GT”“Pro+” modelləri isə ləğv edilib. Böyük bir ehtimalla buna səbəb 2 cihazla qlobal bazara daxil olmaq nəzərən hesablanıb.

honor 90

Honor 90 Pro

Honor 90 Pro modeli öz gücünü Snapdragon 8+ Gen 1 çipsetindən alır. 6.78 düymlük AMOLED ekranı standart FHD+ yerinə daha yüksək təsvir ölçüsünə malik 2700×1224 piksel panellə əvəz olunur. 120Hz görüntü yeniləmə tezliyini dəstəkləyən ekranı, kənarlardan qıvrımları və nazik ekran çərçivələri ilə xoş hissiyat bağışlayır.

honor 90 pro

Arxa tərəfdə 1/1.4 düymlük 200MP ISOCELL HP3 əsas, OIS ilə gücləndirilmiş 32MP 2.5 qat optik yaxınlaşdırma edə bilən telefoto (portret), 12MP ultra-geniş bucaqlı kameralar mövcuddur. Ön tərəfdə isə 50MP 100˚ ultra-geniş bucaqlı kameranın yanında 2MP dərinlik sensoru quraşdırılıb.

Honor 90 Pro

5000 mAs batareyası 90 vatt sürətli çarj dəstəkləyir. İndi isə gəlin biraz seriyanın digər modeli barədə detallara toxunaq.

honor 90 pro

Honor 90

6.7 düymlük 1.5K AMOLED ekran ilə təchiz edilmiş Honor 90 modeli 120Hz görüntü yeniləmə və tam olaraq 3840Hz PWM qarartma texnologiyasına malikdir. Ekran qıvrımları çox aqressiv olmayan cihaza ön tərəfdən baxdıqda selfi kamerasının 1 ədəd olması, əslində smartfonu daha gözəyatımlı edir.

honor 90

Öz gücünü Snapdragon 7 Gen 1 çipsetinin sürət aşırdılmış versiyasından alan cihaz digər eyni çipsetli cihazlardan yüksək performans göstərir. Fərq isə 1 ədəd Cortex-A710 nüvəsinin 2.36 GHz-dən, 2.5GHZ səviyyəsinə çıxarılmasıdır. Həmçinin qrafik çipi də Adreno 662 ilə dəyişdirilib.

honor 90 seriyası

Kamera konfiqurasiyasında dəyişiklik bu cihazda telefoto obyektivinin olmaması cəhətdən özünü göstərir. Onun yerində 2MP dərinlik sensoru quraşdırılıb. Ön tərəfdə yalnız 50MP təsvir ölçülü 100˚ selfi kamerası saxlanılıb.

honor 90 pro

5000 mAs həcmli bu cihaz da 66 vatt sürətli şarj dəstəkləyir. Cihazların qiymətinə gəldikdə isə Honor 90 Pro modeli 12-256GB başlanğıc variantında 465$, sadə model isə 12-256GB başlanğıc variantında 355$ təşkil edir.

honor 90