techspace

17:30

Honor CEO-sunun fikrincə məhsul nöqteyi nəzərdən Honor artıq Huawei şirkətini geridə qoyur

    MWC 2023 sərgisi çərçivəsində keçirilmiş konfrans zamanı Honor şirkətinin CEO-su Zhao Ming bildirib ki, beynəlxalq bazarda Honor istehlakçı elektronikasına hədəflənib və bu sahədə Apple, SamsungHuawei də daxil olmaqla istənilən şirkətlə rəqabət apara bilər. Zhao Ming məhz bunları deyib: “Huawei böyük sistemə, o cümldən sənaye, innovasiyalar və idarəetmə sahələrində güclü imkanlara sahibdir. Lakin Honor məhz öz məhsullarına hədəflənib. Məhsullara gəldikdə isə Honor-un məhsulları Huawei məhsullarından daha yaxşıdır”. Qeyd etmək lazımdır ki, Honor öz indiki istiqamətinə lazımi impulsun yığılması üçün 2 il vaxt sərf edib. Nəticədə şirkət müxtəlif məhsullardan tutmuş MagicOS kimi proqram təminatına kimi bir istiqamətlənmə əldə edib. Bugünki Honor qlobal bazarda rəqabətdə iştirak edərək istehlakçılara unikal üstünlüklər təklif edə bilər.