10:54
HONOR X9a və HONOR X8a smartfonlarının müqayisə icmalı

Bu yaxınlarda HONOR şirkəti Azərbaycanda sərfəli qiymətə texniki cəhətdən təkmilləşdirilmiş yeni smartfon seriyasını təqdim etdi. Biz isə ən çox diqqət çəkən iki yeni məhsul, yəni məhz HONOR X9a və HONOR X8a ilə daha yaxından tanış olmaq qərarına gəldik. Hər iki smartfon eyni seriyaya aid olsa da, bir-birindən nəzərəçarpan dərəcədə fərqlənir. Gəlin onların nə ilə fərqləndiyinə daha yaxından baxaq. Hər iki cihaz dizayn baxımından diqqətəlayiqdir. HONOR X9a daha bahalı smartfonlar üçün səciyyəvi olan displey uclarının dəbli əyriliyi ilə diqqəti cəlb edir. Məsələn, HONOR 70 kimi. HONOR X8a daha klassik formadadır. Onun tamamilə hamar ucları var. Hər iki cihaz üç rəngdə mövcuddur. Klassik qara rəngi var ki, o da HONOR X9a və X8a-da fərqlənir. Birinci halda daha parlaq və buna görə də bir qədər tez çirk toplayan korpusa, ikinci halda isə daha tutqun, bir az qabarıq, kir, eləcə də barmaq izlərinə qarşı o qədər də həssas olmayan, tez çirklənməyən korpusa malikdir. Gümüşü rəng HONOR X9a-da daha qradient, rəngarəng parlaq rəngə malikdir, burada müxtəlif uclardan yalnız gümüşü deyil, həm də sarı, yaşıl, bənövşəyi çalarları da tuta bilərsiniz. HONOR X8a gümüşü rəngdədir, həqiqətən də bildiyimiz gümüşü rəngdədir. Lakin tünd yaşıl rəng HONOR X9a-nın eksklüziv rəngidir. HONOR X8a cüzi kristal effekti və ipək səthi ilə xüsusi mavi rəngə malikdir. Smartfonların kamera blokları fərqli dizaynındadır. HONOR X9a-da zərif premium görünüşlü halqavari formalı fotosensorlar quraşdırılmışdır, HONOR X8a isə üç kameralı və LED flaşı olan iri kvadrat formalı sahəsi ilə hamıya daha çox tanış olan görünüşə malikdir. HONOR X9a dizayna tam uyğun olan displeyə malikdir. Şəlalə formalı ekran telefonun demək olar ki, bütün ön səthini əhatə edir. AMOLED-matris diaqonalı 1080x2400 piksel təsvir ölçüsü ilə 6.67 düymdür. Displey 120Hz tezlikdə təsvir yeniləyir, bununla da həm interfeysdə, həm də tətbiqlərdə hamar animasiyaları təmin edir. HONOR X8a sanki özünün klassik statusunu vurğulayır. Burada heç bir yuvarlaqlaşdırma və ya əyri yoxdur.6.7 düymlük diaqonalı olan smartfon, 1080x2388 piksel təsvir ölçüsünə malikdir. Bunun matrisi AMOLED deyil, LTPS-dir, amma əla keyfiyyətlidir. Doğrudur, yeniləmə tezliyi daha azdır, yəni 120 Hz əvəzinə 90 Hz-dir. Hər iki smartfon üç əsas sensordan ibarət sistemlə təchiz edilmişdir. Üstəlik, X9a və X8a-nın iki sensoru görünür ki, eynidir. Söhbər super makro, yəni çox yaxın məsafədən fotoşəkil çəkilişi üçün 2 meqapiksellik kameradan gedir. 5MP sensoru ultra genişbucaqlı panorama çəkilişləri üçün uyğun olacaqdır. Hər iki kamera yaxşı işləyir, amma gəlin dürüst olaq, çünki çəkilişlərin çoxunu siz əsas modullar vasitəsilə əldə edəcəksiniz. HONOR X9a-da bu, 64MP-lik sensor, HONOR X8a-da isə bu, 100MP-lik sensordur! 







