techspace

01:46

Horizon: Zero Dawn haqqında lk məlumatlar

Guerilla Games studiyası Horizon: Zero Dawn oyunu haqqında olan ilkin məlumatları paylaşıb. Qeyd edək ki, yeni proyekt Sony şirkətinin E3 2015 oyun sərgisi çərçivəsində keçirtdiyi press-konfrans zamanı anons olunub.- Oyun 4,5 ildir ki, istehsal olunur. Killzone 3-ün satışa çıxmasından sonra 20 nəfərdən ibarət kiçik komanda oyunun konseptini və nümünəsini hazırlamağa başladı. Killzone: Shadow Fall oyununun istehsalının sona çatmasından sonra isə studiyanın əsas heyyəti yeni oyunun hazırlanmasına öz diqqətini yönəltdi.- Guerilla Gamesin verdiyi məlumata görə Horizon studiyanın ən irimiqyaslı oyunudur.- Oyunda hadisələr apokalipsisin baş verdiyi vaxtdan 1000 il sonra cərəyan edəcək.- Oyunun baş qəhrəmanı Eloy adlı qızdır. Onun 20 yaşının olmasına baxmayaraq öz qəbiləsində ən yaxşı robot ovçusudur.- Robotları ovlayarkən oyunçular strateji elementlərdən istifadə etməli olacaqlar.- Öldürülmüş robotların hissələrini istifadə etmək mümkün olacaq. Məsələn həmin hissələrdən oyunçu özünə zireh və ya silah düzəldə biləcək.- Oyunda olan böyük dünyada cürbəcür robotlar mövcud olacaq. Watchers adlı kiçik robotlardan tutmuş Longnecks adlı böyük robotlara kimi.- Press-konfrans zamanı təqdim olunan demo versiya PS4 konsolunda işə salınmışdır.- Studiya PS4 sisteminin bütün gücünü istifadə etməyə çalışır.- Horizon, Killzone: Shadow Fall-da istifadə olunan oyun mühərrikinin təkmilləşdirilmiş versiyası üzərində hazırlanır.- Oyunun ilk nümunələri Killzone 3-də istifadə olunmuş texnologiya üzərində hazırlanmışdır.- Crafting sistemi Horizonda mühüm rol oynayır. Bundan əlavə studiya oyunda müxtəlif cür missiyaların və RPG elementlərin olacağını bildirib.- Horizon Guerilla Games üçün tamamilə yeni təcrübədir. Studiya gələcəkdə Horizonu məşhur oyun seriyasına çevirməyi planlaşdırır.Horizon: Zero Dawn 2016-cı ildə eksklüziv olaraq PS4 üçün satışa çıxacaq.