techspace

17:02

HyperOS-in qlobal versiyasını əldə edəcək ilk smartfonların qeyri-rəsmi siyahısı təqdim edilib

     Xiaomi şirkətinin oktyabr ayında təqdim etmiş olduğu HyperOS-in qlobal versiyasını əldə edəcək ilk 12 smartfon modelinin siyahısı təqdim edilib. Qeyd etmək lazımdır ki, HyperOS-in qlobal versiyasının təqdimatı 2024-cü ilin əvvəlində baş tutmalıdır. Onu əldə edəcək smartfonun modelindən asılı olaraq HyperOS ya Android 13 ya da Android 14 əsaslı olacaq. Beləliklə HyperOS-in qlobal versiyasını əldə edəcək ilk 12 smartfon modelinin siyahısı aşağıdakı kimi olacaq.- Xiaomi 13 Ultra- Xiaomi 13 Pro- Xiaomi 13- Xiaomi 13T Pro- Xiaomi 13T- Xiaomi 12T- Xiaomi Mi 11T- POCO F5 Pro- POCO F5- Redmi Note 12S- Redmi Note 12 4G- Redmi Note 12 4G NFC.