techspace

14:06

İndoneziya və Malayziya Grok-u blokladı

  Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, İndoneziya və Malayziya hökumətləri Grok adlı süni intellekt çatbotuna müvəqqəti blok tətbiq edib. Buna səbəb Grok-un istifadəçilərin sorğularına cavab olaraq deepfake görüntülər yaratmasıdır. Rəsmilər bu cür məzmunu insan hüquqlarının və rəqəmsal təhlükəsizliyin ciddi pozuntusu kimi qiymətləndirir.Indonesia and Malaysia block X's Grok due to sexualized images - Nikkei Asia  İndoneziyanın rəqəmsal kommunikasiya naziri bu cür deepfake-lərin vətəndaşların ləyaqətinə zidd olduğunu bildirib və X nümayəndələrinin nazirliyə çağırıldığını açıqlayıb. Malayziya hökuməti də oxşar qərarla Grok-a girişi dayandırıb.  Digər ölkələr isə fərqli addımlar atır:
  • Hindistan xAI-dan qeyri-etik məzmunun qarşısını almağı tələb edib.
  • Avropa Komissiyası Grok-la bağlı bütün sənədlərin saxlanılmasını əmr edib (mümkün istintaq üçün).
  • Böyük Britaniyada tənzimləyici qurum Ofcom məsələni araşdırmağa başlayıb və Baş nazir bu addımı açıq şəkildə dəstəkləyib.
  ABŞ-də isə hökumət hələlik səssiz qalır. Bunun fonunda bəzi demokrat senatorlar Apple və Google-dan X platformasının tətbiqlərdən silinməsini istəyib.