Elm adamları, Human Genome Project 2 adlı araşdırma çərçivəsində insanların daha uzun və sağlam ömür sürməsinə kömək etməyi hədəfləyirlər.
Çinli tədqiqatçılar, insanların daha uzun və sağlam ömür sürməsinə kömək etmək üçün yeni beynəlxalq plan hazırlayıblar.
İnsan Genomu Layihəsinin (Human Genome Project 2 - HGP) uğuruna əsaslanan bu yeni mərhələ,
dünya əhalisinin 1%-inin, yəni
80 milyon insanın genomlarını ardıcıllıqla tərtib etməyi hədəfləyir. Bu iddialı layihə, genetik xəstəliklər üçün diaqnostik və skrininq testlərini təkmilləşdirmək və ictimai səhiyyədə yeni era başlamaq məqsədi daşıyır. Layihə 15 ölkədən olan tədqiqatçıların əməkdaşlığı ilə həyata keçirilir. Bu ölkələrə
Türkiyə, Çin, ABŞ, İngiltərə, Fransa və Yaponiya kimi elmi güc mərkəzləri daxildir.
HGP2 adlanan bu ikinci mərhələnin əsas məqsədi insan genomunu daha dərindən başa düşmək və sağlam ömrü uzatmaq üçün genom məlumatlarından istifadə etməkdir.

HGP2, qabaqcıl texnologiyalardan, məlumat analitikasından və müdaxilə üsullarından istifadə etməklə genetik xəstəliklərin qarşısının alınmasına və səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına yol açmağı hədəfləyir. Hədəf edilən birinci mərhələ dünya əhalisinin 1%-inin genomunun ardıcıllaşdırılması olsa da, layihə bu nisbətlə məhdudlaşmayacaq. Araşdırma qrupu bildirir ki, HGP2 qlobal sağlamlıq siyasətlərində yeni paradiqma yaradacaq və bütün bəşəriyyət üçün sağlam və uzun ömür yolu açacaq. İnsan Genomu Layihəsi,
1990-cı ildə amerikalı həkim-genetik
Francis Collins rəhbərliyi altında ABŞ tərəfindən maliyyələşdirilmiş və
2003-cü ildə tamamlanmışdır. 3 milyard DNT hərfini ardıcıllıqla tərtib edən bu beynəlxalq layihə, atomu parçalamaq və ya Aya getmək qədər böyük elmi nailiyyət hesab olunur. Həmin dövrdə beynəlxalq konsorsiumda Çin, İngiltərə, Fransa, Almaniya və Yaponiya kimi ölkələr də iştirak edirdi.

Çin, bu layihədə öz rolunu
1999-cu ildə yaradılmış
BGI Group ilə öz üzərinə götürüb.
Shenzhen-də yerləşən bu tədqiqat təşkilatı, insan genomunun ardıcıllaşdırılmasında mühüm rol oynayıb. HGP2 layihəsi də Çin alimlərinin təşəbbüsü ilə doğulub. Çinin
Fudan və Pekin Universitetinin tədqiqatçıları da layihənin arxasında duran 21 nəfərlik beynəlxalq komandaya öz töhfələrini verirlər. Layihənin maliyyələşdirilməsinin cari və gələcək milli təşəbbüs büdcələri,
Ümumdünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının vəsaitləri hesabına təmin edilməsi nəzərdə tutulur.

Tədqiqatçılar, genom sıralama xərclərinin
100 dollardan aşağı düşməsi nəticəsində şəxsi genomların daha əlçatan hala gəldiyini vurğulayırlar.
Battelle tərəfindən
2011-ci ildə dərc edilən hesabata görə, ABŞ hökumətinin İnsan Genomu Layihəsinə (HGP 1)
3.8 milyard dollar investisiya qoyması ABŞ iqtisadiyyatına
796 milyard dollar töhfə verib və şəxsi gəlirdə
244 milyard dollar artım yaradıb. Bundan əlavə, layihə
310 000 yeni iş yeri yaratmışdır. 2010-cu ildə genomika əsaslı sənaye, hökumətin sərmayəsini federal və ştat vergiləri vasitəsilə geri qaytarıb. Yəni bu layihə təkcə insan həyatına töhfə vermək məqsədi daşımır, həm də ölkə iqtisadiyyatına böyük töhfələr vermək potensialına malikdir.