16:39
Instagram-da süni zəka əsaslı çat-botun testinə start verilib

Meta şirkəti süni zəka sahəsindəki texnologiyalarını tədricən öz sosial platformalarına inteqrasiya edir. Belə ki, şirkət Instagram üçün nəzərdə tutulmuş Meta AI adlı süni zəka əsaslı çat-botunun testinə start verib. Məlumata əsasən Instagram üçün test edilən çat-bot Meta şirkətinin Llama 2 adlı böyük dil modeli əsasında çalışır. Meta AI çat-botunun Instagram üçün olan hal-hazırkı versiyası əsasən çatlar üçün müəyyən məsləhətlərin verilməsi prosesinə hədəflənib. Bu çat-botun hələ test mərhələsində olduğu səbəbilə onun Instagram-da hamı üçün nə zaman istifadəyə veriləcəyi bilinmir.