techspace

01:46

iOS 9 Beta 3

Artıq Apple iOS 9-un 3-cü beta versiyasını istifadəçilərə təqdim edib. Gəlin bütün yeniliklərlə qısaca tanış olaq:
  • Apple ilk dəfə WWDC-də anons etdiyi "News" proqramını sistemə əlavə edib. Hələki Amerika iTunes istifadəçiləri bu proqramdan istifadə edə bilərlər. 
  • Artıq Apple "iki mərhələli təhlükəsizlik" sistemindən istifadə edəcək
  • Artıq iPad istifadəçiləri ekran qovluqlarında bir səhifədə 9 yox 16 proqram yerləşdirə biləcəklər
  • "Photos" proqramında iki yeni qovluq peyda olub. "Selfie" və "Screenshots". 
  • Apple Music 3-cü betada artıq aktivdir
  • Siz mobil şəbəkə üzərindən Apple Music vasitəsi ilə istədiyiniz mahnını yükləyə bilərsiz. iOS 8.4-də bu yalnız WiFi ilə mümkündür. 
  • Ayarlarda "Battery" bölümünün ikonu yenilənib
  • Həmçinin yeni ikonlar "Mail" proqramına da əlavə olunub