01:46
iOS 9 Beta 4

Apple
iOS 9-un 4-cü betasın istifadəçilərə təqdim edib. Əsas dəyişiklik Home
Collection-ın yenidən əməliyyat sistemində peyda olması olub. Digər xırda dəyişikliklərə
isə gəlin göz ucu nəzər salaq:· Ayalarda "Akkumlyator” bölməsinin ikonunun qıraqları nəzərdə
tutulduğu kimi yumru forma alıb· "Notifications” bölməsinin rəngi qırmızılaşıb. Artıq onu "Control
Panel” ilə səhv salmaq olmaz· Hazırki betanı iPod Touch 6-cı nəsilədə yükləmək olar. · "Music” bölməsində yüksək keyfiyyətdə mahnıya qulaq asmaq ayarları
yuxarı hissəyə keçirilib· "Podcasts” proqramına "Picture in Picture” funksiyası əlavə olunub. · Səsi artırmaq düyməsi ilə yenidən şəkil çəkmək olar