Apple-ın iPhone-lar arasında ən münasib qiymətə sahib modeli olacaq iPhone SE 4-ə aid dummy modeli ortaya çıxıb. Yeni görüntülər iPhone SE 4-ün dizaynı haqqında maraqlananlar üçün önəmli məlumatlar ortaya qoyur.
Macotakara tərəfindən paylaşılan
iPhone SE 4 maket modeli əvvəlki şayiələri təsdiqləyir. Tək arxa kamera, "
Action"
düyməsi əvəzinə səssiz rejim düyməsi və
Face ID ilə daha kiçik bir çıxıntı açıq şəkildə görünür. Dummy modelin ölçüləri
iPhone 14 ilə eynidir;
146.7 x 71.5 x 7.8 mm. Yeganə fərq, iPhone 14-ün iki arxa kameraya, iPhone SE 4-ün isə tək kameraya sahib olmasıdır, bu da telefon örtüklərinin uyğun olmamasına səbəb olacaq. Səs düymələri və yan düymə demək olar ki, eyni ölçüdədir, lakin səssiz rejim düyməsi iPhone 14-dən bir qədər kiçikdir.
iPhone SE 4-ün maket görüntüləri paylaşılan zaman Plus modeldən də bəhs edilir.
iPhone 14 Plus ilə eyni ölçüdə daha böyük bir variantının olacağı da deyilir. Lakin bu günə qədər
iPhone SE 4 Plus kimi bir model haqqında məlumat verilmədiyi üçün və
Apple mövcud iPhone SE modelini yalnız bir ölçüdə təklif etdiyindən, bu ehtimal az görünür. iPhone SE 4-ün
6.1 düymlük OLED ekran, A18 çip, 48 MP tək arxa kamera ilə gələcəyi deyilir. Apple-ın öz
5G modemini ilk dəfə bu telefonda istifadə edəcəyi gözlənilir. Yeni iPhone SE modeli
2025-ci ilin yazında təqdim ediləcək.