techspace

19:20

İşləmək üçün ən yaxşı 50 şirkət (Siyahı)

Milyonlarla insan uğurlu karyeraya sahib olmaq üçün yaxşı şirkətlərdə işləməyə can atır. Nyu-York mərkəzli biznes jurnalı Fortune hər il daxilində işləmək üçün ən yaxşı şirkət adlarınınn olduğu siyahıları təqdim edir. Fortune 1929-cu ildə The Atlantic Monthly Company-nin həmtəsisçisi Henry Luce tərəfindən qurulmuşdur. Maraqlıdır ki, şirkətin hər il təqdim etdiyi ən yaxşı şirkətlər siyahısının zirvəsindəki şirkətlər 25 ildir dəyişmir. Elə isə 2022-ci ilin işləmək üçün zirvədəki ən yaxşı 5 şirkətinə nəzər salaq!

  • Cisco Systems
cisco

Baş ofisi ABŞ-ın Kaliforniya ştatının San Jose şəhərində yerləşən Cisco dünyanın bütün xalqlarına xidmət göstərən şəbəkə şirkətidir. 1984-cü ildə Stenford Universitetindən Len Bosak və Sandy Lerner tərəfindən təsis edilmişdir. Şirkətin adı San Fransisko şəhərinin son iki hecasından götürülüb.

  • Hilton
hilton

Həmçinin Hilton Hotels adı ilə tanınan şirkət 1919-cu ildə Kandrad Hilton tərəfindən qurulub. Şirkət ABŞ-ın o zaman içində olduğu böhran vəziyyətindən faydalanaraq sürətli şəkildə böyümüşdür.

  • Wegmans Food Markets
wegmans

Wegmans Food Markets Amerika mərkəzli supermarketlər şəbəkəsidir. Baş ofisi Nyu-Yorkun Gates şəhərində yerləşir. Wegmans ilk dəfə 1998-ci ildə Fortune jurnalının “İşləmək üçün 100 ən yaxşı şirkət” siyahısında yer almışdır. 2022-ci ildə isə şirkət işçilərin məmnuniyyət sorğusuna əsasən siyahıda üçüncü yerdə qərarlaşıb.

  • Salesforce
salesforce

Salesforce 1999-cu ildən fəaliyyət göstərən bulud hesablama xidməti şirkətidir. 150.000-dən çox şirkət Salesforce-dan istifadə edir. Baş ofisi San Fransisko, Kaliforniyada yerləşir. 2019-cu ildə “İşləmək üçün 100 ən yaxşı şirkət” siyahısında birinci yerdə idi.

  • Nvidia Corporation 
nvidia

Nvidia Corporation Kaliforniya mərkəzli texnologiya şirkətidir. Şirkət oyunçular üçün qrafik prosessorları (GPU), həmçinin mobil qurğular və avtomobil bazarı üçün çip üzərində sistemlər (SoC) istehsal edir. 1993-cü ildə bir müddət AMD-də işləyən Tayvan əsilli Jen Hsun Huang tərəfindən təsis edilib.

İşləmək üçün ən yaxşı 50 şirkət

  1. Cisco Systems
  2. Hilton
  3. Wegmans Food Markets
  4. Salesforce
  5. Nvidia
  6. Accenture
  7. Rocket Companies
  8. American Express
  9. David Weekley Homes
  10. Capital One Financial
  11. Intuit
  12. Target
  13. Orrick
  14. Veterans United Home Loans
  15. Protiviti
  16. Comcast
  17. Alston & Bird
  18. New American Funding
  19. Hewlett Packard Enterprise
  20.  Workiva
  21. Nationwide
  22. Kimley-Horn and Associates
  23. Marriott International
  24. Deloitte
  25. Synchrony Financial
  26. Camden Property Trust
  27. Baird
  28. Pinnacle Financial Partners
  29. Bank of America
  30. Plante Moran
  31. HubSpot
  32. Adobe
  33. Sheetz
  34. Red Hat
  35. Edward Jones
  36. Perkins Coie
  37. Texas Health Resources
  38. Cadence Design Systems
  39. Modern Technology Solutions
  40. RSM US
  41. KPMG
  42. West Monroe Partners
  43. PulteGroup
  44. Kimpton Hotels & Restaurants
  45. Slalom
  46. Keysight Technologies
  47. Atlassian
  48. Box
  49. Credit Acceptance
  50. First American Financial