Dünyanın ən böyük qulaqlıq istehsalçılarından biri olan Apple, tezliklə maraqlı AirPods modelini satışa təqdim edəcək. Bir müddətdir sızdırılan kamera sistemli AirPods qulaqlıqlarının çıxış tarixi məlum olub.
Son aylarda
Apple-a yaxın mənbələri ilə tanınan
Mark Gurman, Apple-ın kamera sisteminə sahib
AirPods modeli üzərində çalışdığını bildirib. Digər bir Apple-a yaxın mənbələri ilə tanınan
Ming-Chi Kuo isə Gurman-ın iddialarını təsdiqləyib və bu AirPods modeli üçün
2026-cı ildə kütləvi istehsala keçiləcəyini bildirib. Bu o deməkdir ki, Apple 2026 və ya 2027-ci ildə kamera sisteminə sahib ilk AirPods məhsullarını satışa çıxaracaq.

Kuo-nun mənbələrinə görə, Apple-ın yeni AirPods-larda istifadə edəcəyi kamera modulları
Face ID-yə oxşar texnologiyadan istifadə edəcək və
infraqırmızı şüalarla işləyəcək. Apple-ın bu məhsulu xüsusilə
Vision Pro və gələcək Vision modelləri ilə inteqrasiya edəcəyi gözlənilir. İddialara görə, bu kamera modulları AirPods-un
məkan audio təcrübəsini təkmilləşdirəcək. Bundan əlavə, hesabatda qeyd olunur ki, AirPods-dakı infraqırmızı kamera ətraf mühitdəki təsvir dəyişikliklərini aşkar edə və insan-cihazın qarşılıqlı əlaqəsini yaxşılaşdırmaq üçün yeni jest idarəetmələrini dəstəkləyə bilər. Kuo-ya bildirilib ki, şirkət yeni AirPod-larda istifadə edəcəyi kamera modulları üçün
Foxconn ilə müqavilə bağlayıb və Foxconn, hər il
10 milyon AirPods üçün kameralar istehsal etməyə hazırdır.