10:33
“Kontakt”dan daha bir rahatlıq: sifarişini istədiyin saatda evinin yanında Kargomatdan götür

Yeni “Kargomat” xidməti ölçüsü 45×45 sm-dək olan istənilən sifarişin Bakı, Xırdalan və Sumqayıt üzrə 200-ə yaxın məntəqədə əlçatan olmasını təmin edir. Bu yanaşma müasir şəhər həyatının tempinə uyğun sürətli və çevik alış-veriş modeli yaradır. Bəs “Kargomat” necə işləyir?
- kontakt.az saytına daxil olub arzuladığınız məhsulu səbətə əlavə edirsiniz
- (sifarişin ümumi həcmi 45×45 sm-dən çox olmamalıdır);
- səbətdə şəxsi məlumatlarınızı daxil edib çatdırılma üsulu olaraq “Kargomat” seçimini edirsiniz;
- ödənişi onlayn edib sifarişi tamamlayırsınız;
- saat 16:00-dək rəsmiləşdirilən sifarişlər növbəti gün, saat 16:00-dan sonra tamamlanan sifarişlər isə iki gün ərzində seçdiyiniz Kargomat məntəqəsinə çatdırılır;
- məhsul Kargomata yerləşdirildikdən sonra sizə SMS bildirişi göndərilir və sifarişi götürmək üçün 24 saatlıq vaxt təqdim olunur.