12:16
“Kontakt”ın “Sahil” mağazası yeniləndi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi şəhərin mərkəzində təntənəli bir açılış mərasimi ilə yenilənmiş “Sahil” mağazasının qapılarını müştərilərinə açdı. Alış-veriş həvəskarlarının səbirsizliklə gözlədiyi bu tədbir, unudulmaz əyləncəli anlar və sürpriz hədiyyələrlə dolu idi. Şəhərin mərkəzində, iki mərtəbədən ibarət olan bu mağazada rəqəmsal, kiçik məişət texnikası və qab-qacaqlara aid hər növ çeşid bir arada təqdim edilir. Mağazanın fəaliyyətə başlaması münasibətilə nağd alışda 60%-dək meqa endirimlər istisnasız hər növ məhsul kateqoriyasını əhatə edir. Ən qaçırılmaz fürsət isə, 60%-dək endirimli məhsulların məhz elə endirimli qiymətini yerindəcə düz 6 aya bölərək ödəmə şansının olmasıdır. Hissəli alışda isə “Kontakt” müştərilərinə istənilən smartfon və notbukları 18 ayadək; smart saat, qulaqlıq, kiçik məişət texnikası və qab-qacaqları 18 ay ilkin ödənişsiz, faizsiz, hələ üstəlik, tam komissiyasız şərtlərlə əldə etmək şansı yaradıb. Qeyd edək ki, bütün sərfəli imkanlar hal-hazırda da keçərlidir və sadəcə oktyabrın 6-dək davam edəcək. “Sahil”də:
- 21 günədək işləmə müddəti olan Xiaomi Smart Band 9 smart saatını indi 110 yox, 80 manata;
- 500 vt gücə və 1,5 lt həcmə malik Daewoo blenderini 90 yox, 40 manata;
- 8 parçadan ibarət paslanmaz polad Tefal qazan dəstini 600 yox, 280 manata;
- 256 Gb-lıq Xiaomi Redmi Note 13 smartfonunu ayda sadəcə 24 manata;
- 3 rejimli multistayler Dyson fenini isə xüsusi təkliflə ayda 59 manata tapa bilərsiniz.