19:40
Lenovo dəyişdirilə bilən portlara sahib ThinkBook konseptini göstərdi

Technote.az "The Verge” platformasına istinadən bildirir ki, Lenovo MWC 2026 sərgisində qeyri-adi noutbuk konsepti ilə diqqət çəkib. Rəsmi adı ThinkBook Modular AI PC Concept olan bu model həm modul port sistemi, həm də çıxarıla bilən ikinci ekranı ilə seçilir.
Bu 14 düymlük noutbukda iki ədəd dəyişdirilə bilən (plug-and-play) port mövcuddur. Lenovo nümayiş zamanı USB-C, USB-A və HDMI variantlarını göstərib. Portlar M.2 interfeysi vasitəsilə noutbuka qoşulur və asanlıqla çıxarılıb yenisi ilə əvəz edilə bilir. Şirkət hətta portları daşımaq üçün kiçik xüsusi qutu da təqdim edib Bu yanaşma modul ekosistemi ilə tanınan Framework noutbuklarını xatırlatsa da, Lenovo-nun sistemi USB-C deyil, M.2 əsaslıdır. Bundan əlavə, cihazda şarj və ikinci ekran üçün istifadə olunan bir sabit USB-C port da var. Konseptin ən diqqətçəkən xüsusiyyəti maqnitlə qapağın arxasına bərkidilən ikinci 14 düymlük ekrandır.
- Hər iki ekran:
- 4K (3840 x 2400)
- 16:10 nisbət
- 120Hz yenilənmə tezliyi
- 500 nit parlaqlıq
- Touch dəstəyi
- Intel Core Ultra 7 255H (Arrow Lake) prosessor
- 32GB RAM
- 1TB SSD
- Çəki:
- Tək ekranla: 1.15 kq
- İki ekranla: 1.41 kq