LG, 2028-ci ilə qədər batareya istehsalının xərclərini azaldacaq mühüm texnologiya olaraq görülən quru örtük texnologiyasını, kommersiyalaşdırmağı planlaşdırır.
LG Energy Solution şirkətinin baş texnologiya direktoru
Kim Je-Young,
Bloomberg-ə bildirib ki,
quru örtük prosesinin kütləvi istehsalına
2028-ci ildə başlanılacaq. Quru örtük texnologiyası, batareya istehsalçıları tərəfindən
katodlar və anodlar istehsal etmək üçün istifadə edilən enerji istehlak edən və daha bahalı ənənəvi nəm prosesin əvəzedicisi kimi araşdırılır. 2019-cu ildə
Maxwell adlı startapı satın alaraq bu sahəyə sərmayə qoyan
Tesla, Texasdakı fabrikində
4680 batareya elementi üçün anod istehsalında tamamilə quru örtük üsuluna keçməyi bacarıb. Lakin katod materialının təbiətinə görə, quru örtüklə emal etmək daha çətin olduğundan, hələlik bu yeni texmologiyaya keçilməmişdir.

Kim, LG-nin quru örtük texnologiyası baxımından rəqiblərini qabaqladıqlarını və bu texnologiya ilə batareya istehsalında xərclərin
17%-30% azalda biləcəklərini bildirir. Əvvəllər
Volkswagen də bu texnologiya haqqında bəhs edərək quru örtük texnologiyasının enerji istehlakını
30% azalda və fabrik sahəsindən
50% qənaət edə biləcəyini söyləmişdi. Ənənəvi yaş örtük texnologiyası zamanı kimyəvi maddələr, həlledicilərdə həll edilir və daha sonra yüksək temperaturlu böyük sobalarda qurudulur. Lakin quru örtükdə isə qurutma sobalarından və digər avadanlıqlardan istifadə etməyə ehtiyac olmadığı üçün əhəmiyyətli pul və enerji qənaəti əldə edilir.