13:19
LinkedIn profil təsdiqlənməsində sürətli artım baş verib

Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Rəqəmsal platformalarda etibarlılıq və autentiklik məsələləri daha da ön plana çıxarkən, LinkedIn profil təsdiqlənməsi (verification) mexanizmini sürətlə genişləndirir. 2025-ci ildə bu sahədə ən sürətli artım məhz Hindistanda qeydə alınıb. LinkedIn-in etibar məhsulları üzrə vitse-prezidenti Oskar Rodrigezin sözlərinə görə, platformada hər il təxminən 30 milyon yeni təsdiqləmə əlavə olunur. 2025-ci ildə isə profil təsdiqlənməsinin illik artım tempi 38 %-dən çox olub. Bu artım ötən həftə açıqlanan və 100 milyondan çox istifadəçinin ən azı bir təsdiqləməyə sahib olduğunu göstərən statistikadan sonra daha da diqqət çəkib. LinkedIn profil təsdiqlənməsini ilk dəfə 2022-ci ildə tətbiq etməyə başlayıb. Əvvəlcə iş yeri və şəxsiyyətin təsdiqlənməsi ilə məhdudlaşan bu sistem daha sonra dövlət tərəfindən verilən şəxsiyyət sənədləri, eləcə də şirkət səhifələri və vakansiya elanları üçün də genişləndirilib.
Məlumata görə, təsdiqlənmiş istifadəçilərin əksəriyyəti şəxsi identifikasiya yox, iş yeri əlaqəsinin təsdiqlənməsini seçir. Statistikaya əsasən:
- Təxminən 60 % istifadəçi şirkət e-poçtu vasitəsilə iş yerini təsdiqləyib
- 27 % isə dövlət tərəfindən verilən şəxsiyyət sənədi ilə identifikasiya olunub
- 60 %-ə qədər daha çox profil baxışı
- Təxminən 50 % daha yüksək paylaşıma reaksiya
- Şirkət səhifələri üçün isə daha sürətli izləyici artımı yaradır