techspace

10:18

Maraqla gözlənilən Samsung Galaxy S25 Ultra modelinin dizaynı sızdırılıb!

Beləliklə, Samsung Galaxy S25 Ultra modelinin dizaynı artıq internetə sızdırılıb. Maket görüntüləri sızdırılan S25 Ultra modelinin dizaynında əsasən yuvarlaq künclərə sahib olması diqqət cəlb edir.

Galaxy S25 Ultra

Samsung-un maraqla gözlənilən yeni flaqmanı Galaxy S25 Ultra-nın maket görüntüləri onun hansı dizayna sahib olduğunu ortaya çıxarıb. Yeni model yuvarlaq küncləri və fərqli kamera tərtibatı ilə diqqət çəkir. Ümumiyyətlə, Galaxy S25 Ultra dizaynında əhəmiyyətli bir dəyişiklik yaşayır. Əvvəlki modellə müqayisədə daha yuvarlaq künclərə və daha düz çərçivəyə malik olan cihaz Galaxy S24 Ultra-nın kəskin xətlərindən uzaqlaşıb. Dizayn dəyişiklikləri telefonun daha erqonomik tutuş təklif etdiyi təəssüratını yaradır. Cihazın arxa kamerası da nəzərəçarpacaq dərəcədə dəyişib. Kamera sensorları Galaxy Z Fold 6-da olduğu kimi konsentrik halqalarla əhatə olunub ki, bu da ona estetik görünüş verir.

Galaxy S25 Ultra

Sızdırılan modelin ölçüləri onun Galaxy S24 Ultra ilə müqayisədə bir qədər incə və hündür bir quruluşa sahib olduğunu göstərir. S25 Ultra-nın arxa kamerası əvvəlki modellərə bənzər şəkildə yerləşdirilsə də, yeni konsentrik halqalar fərqli vizual zəriflik təqdim edir. Sızdırılan görüntülərə əsasən deyə bilərik ki, smartfon 2 rəngdə ağ və qara rənglərdə təklif oluna bilər. Cihazın texniki xüsusiyyətləri haqqında isə hələlik dəqiq məlumat ortaya çıxmayıb.