NASA-nın Mars Kəşfiyyat Orbitatoru (MRO), hazırda sönmüş Arsia Mons vulkanının yanında sirli bir çuxur aşkar edib. Bu çuxur, planetin tədqiqi üçün həlledici rol oynaya bilər.
Hazırda sönmüş
Arsia Mons vulkanının yanında yerləşən bu çuxur, bir neçə metr enindədir və ilk olaraq
2022-ci ilin avqustunda kəşf edilib. Peyk Marsın səthindən cəmi
256 kilometr yüksəklikdə
MRO-nun göyərtəsində olan
HiRISE kamerasından istifadə edilərək çəkilib. Əslində bu çuxur tək deyil. Marsın
Tarsis bölgəsində 3 böyük vulkanın ətrafında çoxlu belə çuxurlar var. Onu xüsusi edən isə çuxurun
sönmüş lava axınında yerləşməsi və
tamamilə şaquli formada olmasıdır. Digər tərəfdən, bu çuxur və ya dəlikləri, dəyərli edən, gələcək insanlı missiyalarda sığınacaq kimi istifadə edilə bilmələridir. Marsın maqnit sahəsi olmasa da, çox nazik bir atmosferi mövcuddur. Beləliklə, Marsın səthindəki radiasiya Yerdəkindən orta hesabla
40-50 dəfə çoxdur.

Bu dəliklərin nə qədər dərin olduğu hələ də sirr olaraq qalsa da, astronavtlar radiasiyadan və həddindən artıq temperatur dəyişikliklərindən qorunmaq üçün burada məskunlaşa bilərlər. Bu strukturlar, həm də Mars həyatı üçün sığınacaqlı yaşayış yerləri və keçmiş həyata ev sahibliyi etmiş ola bilər. Hər iki halda da bu strukturlar, Mars haqqında son dərəcə dəyərli məlumat verə bilər. Çox güman ki, yaxın gələcəkdə hər hansı bir rover, Marsdakı bu yerə eniş edəcək. Ancaq qanadları qırıldığı üçün uça bilməyən
Ingenuity kimi kiçik helikopterlərlə də kəşfiyyat aparıla bilər.