2024-cü ilin aprel ayı üçün ən çox istifadə edilən veb-brauzerlərin adları açıqlanıb. Statcounter-in son hesabatına görə, Google Chrome həm masaüstü, həm də mobil cihazlarda ən populyar internet brauzerinə çevrilib.
Statcounter internet brauzerləri haqqında
2024-cü ilin aprel ayı hesabatını dərc edib. Hesabata görə,
Microsoft Edge istifadəçilərinin sayını yavaş-yavaş artırır, lakin bazar payına görə hələ də
Google Chrome-dan geri qalır.
Masaüstü cihazlarda ən çox istifadə olunan veb-brauzerlər isə aşağıdakılardır: - Google Chrome (%65.93)
- Microsoft Edge (%12.81)
- Safari (%8.45)
- Firefox (%6.67)
- Opera (%3.09)
Dünyanın ən populyar brauzeri olan
Google Chrome hazırda
65,93% bazar payına malikdir. 2024-cü ilin aprel ayında bazar payında cüzi artım var. Google, Chrome-un
ARM64 versiyasını
Windows-da dərc etməklə
ARM prosessorlu yeni nəsil
Windows 11 kompüteri almağı düşünənləri də cəlb etməyi bacarıb. Siyahıda Chrome-dan sonra, yəni ikinci sırada
Microsoft-un brauzeri gəlir.
Microsoft Edge hazırda
12,81% bazar payına malikdir. Xatırladaq ki, Edge
2024-cü ilin yanvar ayında 12,96% ilə özünün ən yüksək bazar payına çatıb. Microsoft Edge-dən sonra
Apple-ın
Safari brauzeri gəlir. Safari
8,45% ilə masaüstündə üçüncü ən populyar brauzerdir.
Firefox,
6,67% bazar payı ilə Safari-ni izləyir.
3,09% bazar payı ilə
Opera ən çox istifadə edilən brauzerlər siyahısında beşinci yerdədir.
Bəs mobil telefonda vəziyyət necədir? - Google Chrome (65,67%)
- Safari (23,77%)
- Samsung İnternet (4,33%)
- Opera (2,17%)
- UC Brauzeri (1,43%)
Google Chrome smartfon və planşetlərdə
ən çox istifadə edilən internet brauzeridir. Sonra
Safari, Samsung İnternet, Opera və UC Brauzer gəlir.
0,39% bazar payı ilə
9-cu sırada yer alan Microsoft Edge-in mobil versiyası demək olar ki, istifadəçilər tərəfindən istifadə edilmir.