techspace

15:59

Məşhur insayder Redmi K70 barəsində yeni məlumatları təqdim edib

    Redmi K70 smartfon seriyası barəsində ilk məlumatlar yaz fəslində ortaya çıxmışdı. Həmin məlumatlarda qeyd edilmişdi ki, bu seriyanın smartfonları Snapdragon 8 Gen 3 prosessoru və yastı ekranlar ilə təchiz olunacaqlar, o cümlədən plastik materialdan hazırlanmış çərçivələrə sahib olacaqlar. Digital Chat Station ləqəbli məşhur insayder isə öz növbəsində Redmi K70 smartfon seriyası barəsində yeni məlumatlarını təqdim edib.  Onun sözlərinə əsasən Redmi K70-in hal hazırda aktual olan prototipləri metal materialdan hazırlanmış çərçivələrə sahibdirlər. Üstəlik insayder bildirib ki, həmin prototiplərin arxa kameralar siyahısına telekamera da əlavə edilib. Qeyd etmək lazımdır ki, telekamera Redmi K seriyasının smartfonları arasında sonuncu dəfə Redmi K30 Pro-da istifadə edilmişdi. Məlumata əsasən söhbət, 3 qat optik zoom-a sahib telekameradan gedir. Lakin telekameranın sahib olduğu sensorun ölçüsü və markası barəsində heç bir mıəlumat verilməyib. Qeyd etmək lazımdır ki, Redmi K70 smartfon seriyasının ilin sonuna yaxın təqdim olunacağı gözlənilir.