19:11
Microsoft Copilot-un ödənişli versiyasını istifadəyə verib

Microsoft şirkəti özünün Copilot adlı süni zəka köməkçisinin ödənişli versiyasını istifadəyə verib. Copilot-un ödənişli versiyası Copilot Pro adını əldə edib və ondan istifadə haqqı 20$ təşkil edir. Beləliklə Copilot Pro-ya aşağıdakı imkanlar daxildir.- Microsoft 365 paketinin tətbiqləri daxilində Copilot ilə çalışma- GPT dil modellərinin ən son versiyalarından istifadə- Copilot GPT funksiyası. Bu funksiya sayəsində istifadəçi süni zəkanı konkret mövzu ətrafında ayarlaya bilər- Serverlərə pik yüklənmə olan zamanlarda belə ChatGPT Turbo-dan istifadə imkanı- ChatGPT-nin müxtəlif versiyaları arasında keçid (yaxın zamanda reallaşdırılacaq)- Copilot Builder funksiyası. İstifadəçinin süni zəkanı öz tapşırıqları əsasında təlimatlandırmasına imkan verən funksiya (yaxın zamanda reallaşdırılacaq).