Microsoft, rəsmi olaraq DirectSR-in önizləməsini işə salıb. AMD, Intel və Nvidia ilə əməkdaşlıqda hazırlanmış yeni API, DLSS, FSR və XeSS-i bir araya gətirir və onları oyunlara əlavə etməyi asanlaşdırır.
DirectSR, daxili
FSR 2.2 dəstəyini ehtiva edən Microsoft-un
Agility SDK 1.714.0 önizləmə buraxılışı vasitəsilə hazırda istifadə oluna biləcək vəziyyətdədir. DirectSR üçün yerli dəstək
GPU drayverləri vasitəsilə təmin ediləcək. DirectSR, həmçinin proqram səviyyəsində istifadə oluna bilən GPU-dan asılı olmayan variantlar üçün daxili dəstəyi ehtiva edir, bu da onu aparat konfiqurasiyaları arasında əlçatan edir.
DLSS və
XeSS üçün DirectSR dəstəyinə isə tezliklə buraxılacaq Intel və
Nvidia-nın ən son drayverləri vasitəsilə mümkün olacaq.

Microsoft-un yeni API-si
AMD,
Intel və
Nvidia-dan təkmilləşdirmə həllərini vahid interfeys altında birləşdirir və tərtibatçıların
DLSS,
FSR və
XeSS-i öz oyunlarına inteqrasiya etmək üçün görməli olduqları işin miqdarını azaldır. Əvvəllər isə hər bir təkmilləşdirmə həlli ayrı
SDK-lar vasitəsilə oyuna əl ilə əlavə edilməli idi. DirectSR ilə hər 3 gücləndirici bir toxunuşla oyuna tətbiq oluna bilər. Tərtibatçıların hər 3 təkmilləşdirmə həlli üçün daha asan əlçatanlıq və daha hamar inteqrasiya əldə etdiyini görmək oyunçular üçün olduqca yaxşı xəbərdir. Adaptasiya tərəfində işlər də ümidvericidir, çünki DirectSR,
DirectX 12-ə əsaslanır. Hələlik, API ilkin baxış mərhələsindədir və adaptasiya edilmiş oyunlar çox məhdud sayda olacaq. Tam buraxılış tarixi bəlli deyil, lakin belə olduqda, DirectSR dəstəyinin yeni, gələcək və ya mövcud olan oyunlara inteqrasiya ediləcəyi ehtimal edilir.