15:02
Microsoft Windows-da Secure Boot sertifikatlarını yeniləyir

Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Microsoft Windows cihazlarda boot səviyyəsində təhlükəsizlik sertifikatlarını avtomatik şəkildə yeniləməyə başlayıb. Şirkətin açıqlamasına görə, bu dəyişiklik Windows platform yeniləmələrinin bir hissəsi kimi istifadəçilərə çatdırılır və “nəsil yenilənməsi” (generational refresh) adlandırılır.
Secure Boot ilk dəfə 2011-ci ildə təqdim edilib və sistem açılarkən icazəsiz dəyişikliklərin qarşısını almaq üçün nəzərdə tutulub. Sonradan bu mexanizm Windows 11 üçün əsas hardware tələblərindən birinə çevrildi. 2011-ci ildə yaradılmış Secure Boot sertifikatlarının müddəti 2026-cı ilin iyun–oktyabr ayları arasında başa çatacaq. Microsoft 2023-cü ildə yeni sertifikatlar təqdim edib və 2024-cü ildən satışa çıxarılan bir çox yeni Windows cihazlarda artıq bu sertifikatlar mövcuddur. Lakin köhnə PC-lər üçün yeniləmə tələb olunur. Microsoft-un rəsmi açıqlamasında bildirilir ki:
- Sertifikat müddəti bitsə belə, kompüter işləməyə davam edəcək
- Amma sistem “zəifləmiş təhlükəsizlik rejiminə” keçəcək
- Gələcək boot səviyyəli təhlükəsizlik yeniləmələri məhdudlaşa bilər
- Yeni hardware və proqram təminatı ilə uyğunluq problemləri yarana bilər
- Server və IoT sistemlərində fərqli yeniləmə proseduru ola bilər
- Bəzi cihazlarda istehsalçı tərəfindən əlavə firmware yeniləməsi tələb oluna bilər
- Windows 10 istifadəçiləri isə yeni sertifikatları əldə etmək üçün Microsoft-un Extended Security Updates (ESU) proqramına qoşulmalıdır