18:31
Miro komandalar üçün “AI Workflows” təqdim etdi

Technote.az “TNW” platformasına istinadən bildirir ki, Miro komandalar üçün yeni süni intellekt əsaslı funksiyalar təqdim edib. Şirkət 2026-cı ilin əvvəlində istifadəyə verdiyi “AI Workflows” sistemi ilə artıq AI-ı birbaşa komanda lövhəsinə (whiteboard) inteqrasiya edir.
Bu yeniliklərin əsas məqsədi komandaların ideya mübadiləsini daha sürətli və effektiv hala gətirməkdir. Ən böyük problem isə indiyə qədər belə idi: komanda üzvləri whiteboard üzərində qurduğu kompleks ideyaları AI alətlərinə ötürəndə həmin vizual kontekst itirdi. Miro bu problemi aradan qaldırmaq üçün AI-ı birbaşa həmin mühitə gətirib. Yeni sistem iki əsas komponentdən ibarətdir:
- Sidekicks – lövhə üzərində işləyən AI agentlərdir. Onlar sticky note-lar, diaqramlar və digər vizual elementləri anlayaraq konteksti avtomatik qəbul edir.
- Flows – çoxmərhələli AI prosesləridir. Məsələn, istifadəçi araşdırmalarından avtomatik olaraq nəticə çıxarmaq və məhsul planı yaratmaq kimi işləri yerinə yetirir.