14:29
MIUI 15-i əldə edəcək və etməyəcək smartfonların qeyri-rəsmi siyahıları təqdim edilib

Xiaomiui saytı MIUI 15 istifadəçi interfeysini əldə edəcək Xiaomi, Redmi və POCO smartfonlarının qeyri-rəsmi siyahısını təqdim edib. Bununla yanaşı sözügedən istifadəçi interfeysini əldə etməyəcək smartfonların da qeyri-rəsmi siyahısı təqdim olunub. Qeyri-rəsmi məlumata əsasən Xiaomi öz yeni istifadəçi interfeysini minimum 24 smartfon üçün istifadəyə verəcək. Onlardan ən köhnəsi isə 2020-ci ildə satışa çıxmış Xiaomi Mi 10-dur. Tam siyahı isə belədir.- Xiaomi: Mi 10, Mi 10 Pro, Mi 10 Ultra, Mi 10S, Mi 10T, Mi 10T Pro- Redmi: K30S, K30 Pro, Note 10, Note 10 Lite, A1, A1+, 10 Power, 10C, 10A, 10, Note 9 Pro, Note 9 Max, Note 9S- POCO: F2 Pro, X3, X3 NFC, C40, C50.MIUI 15-i əldə etməyəcək smartfonların siyahısı ilə belədir.- Xiaomi: Mi 10 Lite 5G, Mi 10 Youth, Mi 10T Lite, Mi 10i 5G- Redmi: K30, K30 5G, K30 Racing, K30i, Note 9, Note 9 5G, Note 9T, 10X, 10X 5G, 9, 9C, 9A, 9 Prime, 9i, 9 Power, 9T- POCO: M2, M2 Pro, M3, X2. Qeyd etmək lazımdır ki, MIUI 15-in yol xəritəsi hələ rəsmi şəkildə təqdim olunmadığı üçün bu siyahılara bir qədər şübhə ilə yanaşmaq lazımdır.