techspace

12:40

MIUI 15 istifadəçi interfeysini əldə edəcək Xiaomi cihazlarının qeyri-rəsmi siyahısı ortaya çıxıb

    Xiaomi şirkəti MIUI 15 istifadəçi interfeysini anons etsə də, onu hələ təqdim etməyib. Lakin bununla belə yeni istifadəçi interfeysini əldə edəcək cihazların qeyri-rəsmi siyahısı artıq internetdə ortaya çıxıb. Siyahıya əsasən ənənə üzrə şirkət əsas prioriteti flaqman və nisbətən yeni cihazlara verəcək. Beləliklə MIUI 15-i əldə edəcək smartfonların qeyri-rəsmi siyahısı aşağıdakı kimidir.- Xiaomi 13, 13 Pro, 13 Ultra- Xiaomi 12, 12S, 12 Pro, 12T- Xiaomi 11, 11T- Xiaomi CIVI 3- Xiaomi MIX Fold 3- Redmi Note 12 4G, Note 12 4G NFC, Note 12R, Note 12 Pro 5G- Redmi Note 11 5G- Redmi 10 5G- Redmi K50, K50 Gaming Edition- Redmi K60 Ultra- POCO F4 GT- POCO F5, F5 Pro- POCO X5 5G, X5 Pro 5G -Xiaomi Pad 6, Pad 6 Pro- Redmi Pad, Pad SE.Qeyd etmək lazımdır ki, MIUI 15-in Xiaomi 14 smartfon seriyası ilə birlikdə təqdim olunacağı gözlənilir.