19:27
Motorola Edge 50 Pro flaqman smartfonu yaxın zamanda təqdimata hazırlaşır

91mobiles saytının vermiş olduğu məlumata əsasən Motorola-nın hələ təqdim olunmamış Motorola Edge 50 Pro flaqman smartfonu IMEI və bir neçə sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Bu isə smartfonun yaxın zamanda təqdim olunacağına işarə edir. Hal-hazırda Motorola Edge 50 Pro-nun yalnız hansı həcmli batareyaya və hansı gücdə şarj texnologiyasının dəstəyinə sahib olacağı məlumdur. Belə ki, Motorola-nın sözügedən yeni flaqman smartfonunun 125 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı və üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcəyi gözlənilir.