Kosmik missiyalar üçün çox faydalı ola biləcək lazer rabitə texnologiyası üzərində işləyən NASA, eksperimentlər çərçivəsində bir təyyarədən Beynəlxalq Kosmik Stansiyaya (BKS) 4K video yayım gerçəkləşdirib.
NASA tərəfindən yazılı şəkildə verilən açıqlamada "
Bu nailiyyət Artemis missiyaları zamanı Ayda astronavtların canlı video görüntülərini təmin edə biləcək yeni texnologiya üzrə bir sıra sınaqların bir hissəsidir." deyə bildirilib. NASA-da işləyən komandalar, kosmosdan məlumat göndərmək və qəbul etmək üçün radio dalğalarından istifadə edirlər. Lakin lazer rabitə texnologiyası, infraqırmızı işıq sayəsində məlumatların radiotezlik sistemlərindən
10 və ya 100 dəfə daha sürətli ötürülməsinə imkan verir.

NASA, bu missiya üçün müvəqqəti olaraq
Pilatus PC-12 təyyarəsinin gövdəsinə portativ lazer terminalı quraşdırıb və daha sonra isə
Erie gölünün üzərindən uçaraq təyyarədən
Cleveland-dəki optik yer stansiyasına məlumat göndərib. Bu məlumatlar, Yerdəki şəbəkə vasitəsilə NASA-nın New Mexico ştatının Las Cruces şəhərindəki
White Sands Test Təsisinə göndərilib və burada elm adamları, infraqırmızı işıq siqnallarından istifadə edərək məlumatları yönləndirib. Siqnallar Yerdən NASA-nın orbitdəki eksperimental platforması olan
Laser Communications Relay Demonstration-ə (LCRD) qədər təxminən
35.000 kilometr məsafə qət edib. LCRD, daha sonra siqnalları orbitdəki laboratoriyada quraşdırılmış
ILLUMA-T (Integrated LCRD LEO User Modem and Amplifier Terminal) yükünə ötürüb. Bu yük də məlumatları Yerə geri göndərib.

Təcrübələr zamanı
Glenn-də hazırlanmış yeni sistem olan
Yüksək Sürətli Gecikməyə Dözümlü Şəbəkə (HDTN), siqnalın bulud örtüyünə daha effektiv şəkildə nüfuz etməsinə kömək edib.
Dr. Daniel Raible açıqlamasında “
Artemis missiyasındakı astronavtlarımız üçün HD video konfransı kimi ekipajın rifahı və fəaliyyət koordinasiyası üçün vacib olacaq imkanları təmin etmək üçün indi kosmik stansiyaya 4K HD video axınının uğuruna əsaslana bilərik.” deyə bildirib.