21:19
NASA-nın keçmiş alimi: 'Mars ilə Veneranı terraformalaşdırmaq mümkündür'

NASA-da 40 il çalışmış fizik Jim Green yaxın zamanda Mars planetinin terraformalaşdırma prosesinin ssenarisini təqdim edəcək. Lakin o qeyd edib ki, onun təqdim edəcəyi ssenaridəki ideyalar çoxları tərəfindən ciddi qəbul edilməyəcək. NASA-da 40 il çalışandan sonra təqaüdə çıxmış Jim Green-in sözlərinə əsasən insanlar gələcəkdə Mars ilə Veneranı terraformalaşdıra biləcəklər. Onun fikirlərini The New York Times saytı təqdim edib. Green-in sözlərinə əsasən Marsda Günəş şüalarından qorunmaq üçün nəzərdə tutulmuş maqnit sahəsini yaratmaq mümkün olsa, o, insanların yaşamaları üçün münbit şəraiti əldə edə biləcək. Maqnit sahəsi öz növbəsində Günəşə planetin atmosferini məhv etməyə imkan verməyəcək. Nəticədə planet öz səthində istiliyi saxlaya biləcək, təzyiq yüksələcək, iqlim isə yaxşılaşaraq həyat üçün lazımi vəziyyətdə olacaq. Alimin sözlərinə əsasən eyni prosesi həmçinin Venera planeti üçün də reallaşdırmaq mümkündür. “Mars terraformalaşmağa başlayacaq. Biz istəyirik ki, planet bu prosesdə bütün mümkün imkanları ilə birlikdə iştirak etsin. Təzyiq yüksələn zaman temperatur da yüksəlir” - deyə alim qeyd edib. Jim Green 1-dən 7-ə kimi olan şkaladan istifadə edərək kosmosda həyat növünün axtarışı üsulunu təklif edib. Öz müsahibəsində alim başa salıb ki, Marsda böyük miqdarda metan mövcuddur. Yer kürəsində mövcud olan metan miqdarının 95%-i canlı orqanizmlər tərəfindən ifraz edilir. Lakin Mars üzrə aparılmış tədqiqatlar onun sözügedən şkalada 3-cü səviyyəyə aid olduğunu göstərirlər. Milyardlarla il bundan öncə Mars landşaftı su ilə əhatə olunub. Lakin planetin maqnit sahəsi zəifləyəndən sonra həmin su buxarlanmağa başlayıb.