techspace

11:13

NASA tərəfindən yer səthində ən çox metan yayılan ərazilər müəyyən edib!

NASA alimləri tozun və metan yayılan ərzilərin iqlimə necə təsir etdiyini öyrənmək üçün yeni kosmik aparatdan gələn məlumatları analiz ediblər. Nəticədə bütün dünyada ən çox metan yayılan ərazilər yeni müəyyən olunub. Belə ki, Dünya Mineral Toz Resursları Tədqiqatı (EMIT) dünyada 50-dən çox metan yayılan ərazini müəyyən edib. Metanın ən çox yayıldığı ərazilər əsasən Mərkəzi Asiya, Yaxın Şərq ABŞ-ın cənub-qərbində müəyyən olunub. Bu ərazilərdə əsasən qalıq yanacaq, tullantılar və ya kənd təsərrüfatı sektorlarında yüksək nisbətdə metan yayan avadanlıqlar və digər infrastrukturlar yerləşir. Müəyyən olunmuş ərazilərin bəziləri əvvəldən məlum olsa da, bəzi ərazilər yeni kəşf edilib. Qeyd edək ki, Metan istixana effektinə görə atmosferdə istiliyi tutmaqda karbon dioksiddən daha effektivdir.

Tehran üzərindəki metan buludunun peykdən çəkilmiş görüntüsü

Dünyada ən çox metan yayılan ərazilər hansılardır?

EMIT texnologiyaları təxminən 400 km hündürlükdəki kosmik stansiyada yerləşir. Həmçinin yer planeti ətrafında hər 90 dəqiqədən bir dövr edərək onlarla kilometr genişliyindəki əraziləri skan edə bilir. Təsvir spektrometri adlanan EMIT, ilk növbədə səhralardan və digər quraq bölgələrdən Yer atmosferinə üfürülən tozun mineral tərkibini müəyyən etmək üçün tikilib. Lakin cihaz, kütləvi metan emissiyalarını aşkar etməkdə bacarıqlı olduğunu sübut edib.

Nyu-Meksiko üzərindəki metan buludunun peykdən çəkilmiş görüntüsü

Təqdiqatra rəhbərlik edən Jet Propulsion Laboratory (JPL) şirkətinin tədqiqat texnoloqu Endryu Torp qeyd edib ki, aşkar edilmiş metan buludlarından bəziləri cihazın indiyə qədər aşkar etdiyi ən böyük buludlardır. Ötən gün JPL şirkəti tərəfindən nümayiş olunan xəritədə metan yayılan ərazilərdən tam olaraq 12 ədədi Türkmənistan ərazisində yerləşir və metan axıntıları əsasən, Xəzərin şərqinə doğru irəliləyir. Türkmənistandakı neft və qaz infrastrukturundan yaranan metan buludları 32 km uzunluğa malikdir. Elm adamları hesab edirlər ki, Türkmənistan ərazsindəki metan dumanı ümumi olaraq saatda 50,400 kq metan yayır.

ən çox metan yayılan ərazilər
Türkmənistan üzərindəki metan buludunun peykdən çəkilmiş görüntüsü

Ən çox metan yayılan ərazilərin digərləri İrandakı neft yatağı və Nyu-Meksikodakı neft yataqlarının üzərində yerləşir. Bu ərazilərdəki metan buludları saatda təxminən 29,000 kq metan yayır. İranın paytaxtı Tehranın cənubunda metan buludunun uzunluğu ən azı 4,8 km uzunluğundadır. NASA EMIT cihazının gələcəkdə yeni metan buludlarını kəşf edəcəyini düşünür.

Methane is far more effective than carbon dioxide at trapping heat in Earth’s atmosphere. Our new @NASAClimate EMIT mission, designed to measure atmospheric dust, has mapped more than 50 methane “super-emitters” around the planet: https://t.co/d4OhBwIeOQ pic.twitter.com/9QLxDMN0nW

— NASA (@NASA) October 25, 2022